Rusiyanın Zaporojyeyə idarəolunan aviabombalarla endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15-ə çatıb.

"Unikal" UNIAN-a istinadən xəbər verir ki, ölənlər arasında üç uşaq da var.

Hücum nəticəsində daha 16 nəfər yaralanıb. Yaralılar arasında iki uşaq var.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.