Gəncədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin İnşaatçılar küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə yaşayan 1986-cı il təvəllüdlü R. Novruzovun meyiti evindən tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Kişinin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.