"Güclü Ermənistan" partiyasının üzvü Alik Aleksanyan həbsdə qalacaq.
"Unikal" xəbər verir ki, bu haqda onun vəkili Liana Qasparyan məlumat yayıb.
Cinayət Apelyasiya Məhkəməsi Aleksanyanın məhkəməyəqədərki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib.
Aleksanyan 3 iyunda iki ay müddətinə həbs edilib. O, vətəndaşlara seçkiqabağı mitinqlərdə iştirak etmək üçün maddi stimul verməkdə və xüsusilə geniş miqyasda çirkli pulların yuyulmasında ittiham olunur. Blokun baş nazirliyə namizədi Samvel Karapetyan bu işi öz komandasına qarşı daha bir qanunsuz hərəkət adlandırıb.























.jpg)































