Gəncədə bədbəxt hadisə baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində, Gəncə çayı üzərində yerləşən körpüdə qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Şəbnəm Rzayeva körpüdən yıxılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Yaralı qadın xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.
Qadının hansı şəraitdə körpüdən yıxıldığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov












































.jpg)









