Şəmkirdə ehtiyatsızlıq səbəbindən yanıq xəsarəti alan 23 yaşlı kişi ölüb.

"Unikal" xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-də manqal qalayan zaman benzin ilə ehtiyatsız davranması səbəbindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq mayın 10-da vəfat edib.

Faktla bağlı araşdırma aparılır.