Goranboyda əmioğluların arasında baş verən mübahisə qanla bitib.

"Unikal"ın məlumatına görə, rayonun Sarovlu  kənd sakini 1994-cü il təvəllüdlü B.Mürsəlli bud nahiyəsinin bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib. Ona dərhal yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, Sarovlu kənd sakini 2002-ci il təvəllüdlü K.Mürsəlli  və əmisi oğlu, Sarovlu kənd sakini 1994-cü il təvəllüdlü B.Mürsəllinin arasında münaqişə baş verib. Münaqişə zəminində K.Mürsəlli əmisi oğlu B.Mürsəlliyə bədənin bud nahiyəsinə bıçaqla xəsarət yetirib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 24 yaşlı K.Mürsəlli saxlanılaraq istintaqa təhvil verilib. 

Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Tural Əhmədov