Argentina milli komandası sosial mediada 2026-cı il FIFA Dünya Kuboku üçün genişləndirilmiş heyətini açıqlayıb.

"Unikal" xəbər verir ki, siyahıda "İnter Mayami"nin hücumçusu Lionel Messi də daxil olmaqla 55 oyunçu yer alıb. Dünya Kuboku üçün yekun heyət 26 oyunçudan ibarət olacaq.

Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. 38 yaşlı Messi üçün bu, onun sonuncu Dünya Kuboku ola bilər.