Tailandda yarasalarda yeni bir koronavirus ştammı aşkar edilib, lakin indiyə qədər insanlara yoluxma halı qeydə alınmayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Departamentin məlumatına görə, araşdırmalar göstərir ki, aşkarlanan virus COVID-19 ilə müqayisədə daha az yoluxucudur və xəstəliyin daha yüngül gedişatına səbəb olur. Mütəxəssislər həmçinin qeyd edirlər ki, koronavirusa qarşı mövcud peyvəndlər hələ də ağır fəsadlar riskini azaltmağa kömək edir.

Səlahiyyətlilər genişmiqyaslı epidemiyanın baş vermə ehtimalının aşağı qiymətləndirildiyini vurğulayıblar.