12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən "Unikal"a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.
*** 08:22
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.
DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
07:32
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnikası və canlı qüvvəsi cəlb edilib.
***
06:41
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

























.jpg)






























