Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,5 ABŞ dolları və ya 0,45% artaraq 110,48 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 109,98 ABŞ dolları təşkil edib.