Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd cəhdi halında nüvə zərbəsi endirilməsini tələb edən konstitusiyasına düzəliş edib.

"Unikal" xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb. 

Məlumata görə, dəyişikliklər İranın Ali Lideri Əli Xamenei və digər yüksək vəzifəli şəxslərin son münaqişədə sui-qəsdlərindən sonra qlobal gərginliyin kəskin artması fonunda qəbul edilib.

Konstitusiyanın yenidən baxılması KXDR Ali Xalq Məclisinin martın 22-də Pxenyanda başlayan sessiyasında təsdiqlənib.

Qeyd olunur ki, KXDR hakimiyyəti əsas qanuna edilən yeniləmə barədə yüksək vəzifəli hökumət rəsmilərini məlumatlandırıb. Yeni siyasət ölkə rəhbərliyinin fəaliyyət qabiliyyətini itirməsi və ya öldürülməsi halında qisas tədbirlərinin qaydasını dəqiq müəyyən edir.

Konstitusiyanın yenilənmiş müddəasında deyilir ki, "Əgər dövlətin nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumları ilə təhlükə altında olarsa, nüvə zərbəsi avtomatik və dərhal həyata keçiriləcək".

Gülayə Mecid