Türkiyədə şagirdləri daşıyan məktəb avtobusu yol qəzasına uğrayıb.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə, idarəetmədən çıxan avtobusun aşması nəticəsində 6 nəfər şagird xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.

Qəzanın başvermə səbəbi araşdırılır. Hadisə ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.