Dünən Qırğızıstanda prezident administrasiyasının keçmiş rəsmisi Nurqazi Anarkulov və ölkənin Futbol İttifaqının vitse-prezidenti Kanatbek Abdikadirov həbs ediliblər. Anarkulov Qırğızıstan-Qazaxıstan sərhədini keçərkən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Abdikadirov Manas Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Dövlət Komitəsinin keçmiş rəhbəri Kamçibek Taşiyevlə birlikdə ölkədən çıxmağa cəhd edərkən saxlanılıblar.
Abdikadirov daha sonra dindirilmək üçün Daxili İşlər Nazirliyinə aparılıb və daha sonra sərbəst buraxılıb.
Həbslərlə bağlı hakimiyyət orqanlarından heç bir rəsmi açıqlama verilməyib.
Ağarza Elçinoğlu
