"Rusiya və Çin 2020-ci ildə nüvə sınaqları keçirməsi ilə bağlı yayılan məlumatlar əsassızdır". 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Nə Rusiya Federasiyası, nə də Çin heç bir nüvə sınağı keçirməyib. Və biz həmçinin bilirik ki, bu təsdiqlər Çin Xalq Respublikasının nümayəndələri tərəfindən qətiyyətlə təkzib edilib", - deyə o, jurnalistlərə bildirib.

Qeyd edək ki, bir sıra xarici media orqanları Rusiya və Çinin illər əvvəl birlikdə nüvə sınaqları keçirdiyini yazmışdı. 

Gülayə Mecid