Avropa İttifaqı Rusiya-Ukrayna münaqişəsinin nəticələrindən təsirlənən Rusiya, Belarus və Ukrayna ilə həmsərhəd bölgələrdə əhalinin azalmasından narahatdır.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" Avropa Komissiyasındakı mənbəyə istinadən məlumat yayıb.

İnvestisiyaların, yük dövriyyəsinin və turizmin azalması Aİ-nin ən şərq bölgələrinə, xüsusən də Baltikyanı ölkələrə, Finlandiyaya və Polşaya iqtisadi zərbə vurub. Bu fonda Avropa Komissiyası beynəlxalq maliyyə qurumlarını bu bölgələrə maliyyələşdirmə təmin etməyə təşviq etməyi planlaşdırır.