Gənc tibb işçilərinin peşəkar inkişafına həsr edilmiş 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təşkilatçılığı ilə keçirilən Konfrans çərçivəsində panel müzakirələrdə gənc tibb işçilərinin karyera planlaması, psixoloji rifahının qorunması, peşə fəaliyyətində hüquqi risklər, region xəstəxanalarında qarşılaşılan problemlər və davamlı məşğulluq məsələləri müzakirə olunub. 

"Unikal" xəbər verir ki, panellərdə tibb müəssisə rəhbəri, hüquqşünas, həkimlər və həmkarlar ittifaqı nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda gənc tibb işçiləri arasında intellektual yarış təşkil olunub. Yarışda iştirakçılar analitik düşünmə, klinik və etik yanaşma, eləcə də komanda işi bacarıqları üzrə biliklərini nümayiş etdiriblər. Qalib komandaya kubok və hədiyyələr təqdim edilib, bütün iştirakçılara isə sertifikatlar verilib.