Ötən gün Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ümumi yığıncağı keçirilib.

"Unikal" xəbər verir ki, yığıncaqda səsvermə yolu ilə federasiyanın yeni nizamnaməsi qəbul olunub.

Həmçinin səsvermə ilə Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib.

Qeyd edək ki, J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub.