"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2025-ci ildə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 10 milyondan çox sərnişin daşıyıb.
Bu barədə "Unikal"a ADY-dən məlumat verilib.
Məlumata görə, bu, 2024-cü ilin nəticələri ilə müqayisədə 20 % çoxdur.
Ötən ilin dekabr ayında isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21 % daha çox sərnişin daşınıb.
