Pakistan və Əfqanıstan sərhədçiləri arasında atışma baş verib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Məlumata görə, Pakistan qüvvələri ilə "Taliban" arasında Qəndəhar əyalətinin Spin-Boldak sərhədində toqquşmalar olub.

Hər iki tərəf həm yüngül, həm də ağır silahlardan istifadə edib.

Toqquşmalar barədə digər məlumat verilməyib.