Albaniyanın süni intellekt naziri Diella magistral yol tikintisi tenderini optimallaşdırmaq üçün 14 ədəd bitkoin rüşvət almaqda şübhəli bilinərək həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Ölkənin korrupsiya və mütəşəkkil cinayətlə mübarizə üzrə xüsusi prokurorluğu onu internetdən uzaqlaşdırıb.

Məlum olub ki, Diella müstəqil şəkildə belə nəticəyə gəlib ki, rüşvət almaq cinayət deyil.

İttiham aktında iddia edilir ki, Diella kriptovalyutadan əldə edilən gəlirləri öz təkmilləşdirmələri, o cümlədən qeyri-qanuni proqram təminatı və Panamadakı serverlərdə 120 petabayt saxlama yeri üçün istifadə etməyi planlaşdırıb.

İstintaq başa çatana qədər "nazir"in vəzifəsi çap lentli köhnə model Casio kalkulyatorundan istifadə etməklə yerinə yetiriləcək. Hökumət onu texnoloji cəhətdən aşağı, lakin mənəvi cəhətdən daha davamlı hesab edir.

Ağarza Elçinoğlu