Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda 6,2 maqnitudalı zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 135 min nəfərin yaşadığı Tumşuk bölgəsindən 141 km şimal-qərbdə, ocağı isə 7 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.