Ruslara İrana səfər edərkən foto və ya video çəkməmək tövsiyə olunur.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin "Telegram" kanalında məlumat verilib. 

“Arzuolunmaz insidentlərin və qəsdən pozuntuların qarşısını almaq üçün Rusiya vətəndaşlarına İran İslam Respublikasına səfər edərkən foto və video çəkilişdən çəkinmələri tövsiyə olunur”, - deyə məlumatda bildirilir.

Səfirlik nümayəndələri turistləri yerli qanunvericiliyə ciddi əməl etməyə, diqqətli və ehtiyatlı olmağa çağırıblar.