Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun rəhbərlik etdiyi Avropa Həmrəyliyi Partiyasının deputatları növbəti dəfə Ali Radanın tribunasını bağlayaraq, bütün hökumətin istefasını tələb ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Aleksey Honçarenko öz "Telegram" kanalında məlumat verib.
O, parlament üzvlərinin “Hökumət getsin” şüarları səsləndirdiyini bildirib. Siyasətçinin sözlərinə görə, Rada spikeri Ruslan Stefançuk bu hadisələrə görə parlamentdə fasilə elan edib.
Xatırladaq ki, bundan əvvəl noyabrın 18-də də Poroşenkonun rəhbərlik etdiyi Avropa Həmrəyliyi Partiyasından olan parlament üzvləri bütün kabinetin istefasını tələb edərək Ali Radada tribunanın qarşısını kəsiblər.
Gülayə Mecid
