İlin əvvəlindən bəri Rusiyanın ən varlı iş adamlarının sərvəti 18,1 milyard dollar artıb.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. məlumatına görə, iş adamı Əlişir Usmanovun sərvəti 5,32 milyard dollar artaraq 18,5 milyard dollara çatıb. Ural Mədən və Metallurgiya Şirkətinin (UMMC) təsisçisi İsgəndər Mahmudov sərvətini 4,43 milyard dollar artıraraq 7,56 milyard dollara çatıb.
Bundan əlavə, "Telegram"ın təsisçisi Pavel Durov ilin əvvəlindən 2,44 milyard dollar, "Wildberries"in sahibi Tatyana Kim isə 654 milyon dollar qazanıb.
