ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bazar günü Floridada Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat dərc edib.
Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyətinin sülh danışıqlarında iştirak etmək üçün ABŞ-yə yola düşdüyünü açıqlayıb. Korrupsiya qalmaqalı fonunda Andriy Yermakın istefasından sonra nümayəndə heyətinin tərkibi dəyişdirilib.
CNN-in məlumatına görə, planın bəzi müddəaları sadəcə deklarativ xarakter daşısa da, Tramp administrasiyası Kiyevə sazişi imzalamaq üçün təzyiq edə bilər.
****10:24
Kiyev nümayəndə heyəti Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üzrə sülh planını əlavə müzakirə etmək üçün ABŞ-yə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
"Ukrayna nümayəndə heyəti prezident Donald Trampın təklif etdiyi sülh planını müzakirə etmək üçün ABŞ-dədir", - bəyanatda deyilir.
Qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Serhiy Kyslytsya da daxil olmaqla bir qrup Floridada ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Jared Kuşnerlə görüşəcək.
Gülayə Mecid
