Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.
Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov bu xəstəxanada dünyasını dəyişib.
***12:56
Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.
Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.
Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər.
Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
