Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospekti 10B ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-dən "Unikal"a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkixmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.
*** 00:48
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
"Unikal" xəbər verir ki, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən binada yanğın hadisəsi qeydə alınıb. Yanan binada sakinlərin köməksiz vəziyyətdə qaldığı bildirilir.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
