Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb.

"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

7 şagird avtomobildən çıxarılıb. Məlumata görə, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.