Bakının Balaxanı rayonunda 2 yaşlı körpə vəfat edib.

"Unikal"ın məlumatına görə, anadangəlmə qıcolma xəstəliyi olan Əliyev Bünyamin Rasim oğlu ötən gün dünyasını dəyişib.

Atasının "Unikal"a verdiyi məlumata görə, bu gün – 14 aprel tarixində oğlunun 2 yaşı olmalı idi. O, bu gün dəfn edilib. 

Qeyd edək ki, ailə 6 uşaqdan ibarət olub. 

Ağarza Elçinoğlu