Bakıda 2 yaşlı körpə boğazında qida qalması nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, aprelin 13-ü saat 22 radələrində 2024-cü il təvəllüdlü Bünyamin Əliyev boğazında qida qalması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün anadangəlmə qıcolma xəstəliyi olan 2 yaşlı Bünyaminin ölməsi barədə yazmışdıq

O, 2 yaşının tamam olduğu gün dəfn edilib.