Nəsimi rayonunda yeni tikilmiş binada partlayış olub.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Bildirilib ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.

Partlayışın dalğasından tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.

Hadisənin baş vermə səbəbi araşdırılır.