"Aleksandr Duqin iddia edir ki, Moskva Azərbaycana Qarabağı qaytarmağa kömək edib. Bu, absurddur".
"Unikal" xəbər verir ki, bunu ABŞ Hudson İnstitutunun baş tədqiqatçısı Maykl Doran X sosial şəbəkəsində yazıb.
"2020-ci ilin noyabr ayında Rusiya (Ermənistan qüvvələri vasitəsilə) mən orada olduğum müddətdə Bakıya ən azı bir "İsgəndər" ballistik raketi atdı. Zərbə çox güman ki, mənə qarşı yönəlməyib, amma mən belə şeylərə şəxsi münasibət bəsləyirəm", - deyə o qeyd edib.
Doran yazıb ki, Moskvanın məqsədi heç vaxt Qarabağı Azərbaycana təhvil vermək olmayıb: "Məqsəd Rusiya "sülhməramlılarının" mövcudluğunu əsaslandırmaq, Laçın dəhlizi üzərində nəzarəti bərqərar etmək və Bakı ilə Yerevan arasında əvəzolunmaz vasitəçi kimi öz rolunu möhkəmləndirmək üçün kifayət qədər Ermənistanın dayağını saxlamaq idi. Söhbət Azərbaycanın qələbəsi ilə bağlı deyil, tarazlığın idarə olunması və təsirindən gedirdi".
Ağarza Elçinoğlu
