Qırğız Respublikasının Prezidenti Sadır Japarov 3 naziri vəzifəsindən azad edib.

"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının Mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Boobek Ajikeyev fövqəladə hallar naziri (2020-ci ildən bu vəzifədə idi), Meder Maşiyev təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri, Absattar Sırqabayev isə nəqliyyat və rabitə naziri vəzifəsindən (2024-cü ildə sözügedən vəzifəyə təyin edilmişdi) azad ediliblər. 

Nazirlərin hansı səbəbdən işdən çıxarıldığı məlum deyil. Qeyd olunur ki,  Qırğızıstan lideri işdən çıxarılan nazirlərin yerinə müvəqqəti nazirlər təyin edib. 

Belə ki;

Fövqəladə Hallar Nazirliyi — Urmatbek Şamırkanov (Fövqəladə Hallar nazirinin müavini)

Nəqliyyat Nazirliyi — Talantbek Soltobayev (əvvəllər Nəqliyyat nazirinin birinci müavini olub)

Təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri — Akıl Toktobayev (Dövlət Geologiya Agentliyinin direktoru). 

Fotoda Absattar Sırqabayev

Sadır Japarov 3 naziri vəzifəsindən azad etdi - FOTOLAR

Fotoda Meder Maşiyev

Sadır Japarov 3 naziri vəzifəsindən azad etdi - FOTOLAR

Fotoda Boobek Ajikeyev

Sadır Japarov 3 naziri vəzifəsindən azad etdi - FOTOLAR

Gülayə Mecid