"Yadplanetlilər gerçəkdir, amma mən onları görməmişəm".

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Barak Obama deyib. 

64 yaşlı siyasətçi Brayan Tayler Koenlə müsahibəsində Nevada səhrasında yerləşən gizli 51-ci Zona bazası ilə bağlı danışıb: "Əgər bu, hətta ABŞ prezidentindən də gizlədilən böyük bir sirr deyilsə, onlar 51-ci zonada saxlanılmır. Burada yeraltı laboratoriya da yoxdur". 

Siyasətçi həmçinin əlavə edib ki, vəzifəyə başlayanda bilmək istədiyi ilk şey bu olub: "Yadplanetlilər haradadır?" 

Ağarza Elçinoğlu