Naftalan şəhərində evlərin birində kişi meyiti aşkarlanıb.
“Unikal”ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 1972-ci il təvəllüdlü R. Həsənovun meyiti yaşadığı evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 54 yaşlı kişinin meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
