"Taliban" ABŞ-nin mümkün hücumu halında İranla əməkdaşlığa hazır olduğunu bildirib. 

“Unikal” xəbər verir ki, bu barədə "Taliban" sözçüsü Zabihullah Mujahidin məlumat yayıb. 

O bildirib ki, ABŞ-nin İrana mümkün hücumu halında Tehran rəsmi müraciət edərsə, Əfqanıstan əməkdaşlığa hazırdır.

Əlavə olaraq Mujahidin İranın əvvəlki qarşıdurmalarda üstün mövqe nümayiş etdirdiyini iddia edərək, mümkün ABŞ hücumu zamanı da Tehranın üstün gələcəyini irəli sürüb.

Xatırladaq ki, açıqlama Vaşinqtonla Tehran arasında gərginliyin davam etdiyi dövrdə səsləndirilib.

Ayxanım Məlikova