Hazırda "Əl-Əhli"də oynayan Türkiyə millisinin müdafiəçisi Merih Demiral Ramazan ayı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçirəcək.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu fevralın 19-da başlayacaq və 29 gün davam edəcək Ramazan ayı ərzində hər gün 800 nəfər üçün iftar süfrəsi təşkil edəcək.
Belə ki, onun təşəbbüsülə ümumilikdə 23 min 200 nəfər iftar süfrəsindən yararlanacaq. Merih Demiralın bu addımı alqışla qarşılanıb.
Ayxanım Məlikova
