Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

"Unikal" xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Nihad Hafiz oğlu Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, N.Muxtarlı bundan əvvəl Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini idi.