TURAN-8 Qarabağ Open 1 Azərbaycan Qran-prisi ölkəmizdə kikboksinq idman növünün inkişafı, kütləviliyin artırılması və peşəkar yarışların sistemli şəkildə təşkili istiqamətində strateji əhəmiyyət daşıyan layihədir.

"Unikal" xəbər verir ki, bu turnir təkcə yarış deyil-Azərbaycanda peşəkar kikboksinqin yeni mərhələsinin başlanğıcıdır. Layihə gənclər arasında bu idman növünə marağın artmasına, yeni peşəkar döyüşçülərin yetişməsinə və beynəlxalq arenaya çıxış imkanlarının genişlənməsinə real zəmin yaradır.

Beynəlxalq Perspektiv

"Turan-8 Qarabağ Open" Azərbaycan Qran-prisinin qalibi 2026-cı ilin iyun ayında keçiriləcək Türk Dövlətləri arasında beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.

Bununla da Türk Dövlətləri arasında "Turan" adını daşıyan peşəkar kikboksinq liqasının təməli qoyulur və regional miqyasda yeni idman platformasının formalaşması istiqamətində mühüm addım atılır.

Bu fakt deməyə əsas verir ki, T-8 layihəsi artıq Türk Dövlətləri arasında tarixi idman platformasına çevrilmək üzrədir.

17 Fevral 2026-Böyük Döyüş Gecəsi

Bakı İdman Sarayı 17 Fevral 2026

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Pro Kikboksinq Azərbaycanın təşkilatçılığı və Bizon-un baş sponsorluğu ilə keçiriləcək "Turan-8" ilin ən prinsipial və gərgin qarşılaşmalarından biri olacaq.

Çəki dərəcələri:

- 60 kq-1 reytinq döyüşü

- 70 kq-8 idmançı (4/1 final, yarım final və final) Qran-pri gecənin ən rəqabətli

kateqoriyası

- 80 kq-4 idmançı yarım (yarım final və final) Reytinq döyüşü güc və nokaut təhlükəsi

Ümumilikdə 14 peşəkar idmançı rinqə çıxacaq.

Bu gecə rinqdə yalnız qələbə deyil- nüfuz, reytinq və gələcək titul şansları uğrunda mübarizə gedəcək.

Rəsmi Qonaqlar

Turnirdə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, eləcə də Türk Dövlətlərinin ölkəmizdə akkreditə olunmuş səfirləri iştirak edəcəklər. Bu isə "Turan-8" layihəsinin regional və diplomatik əhəmiyyətini bir daha göstərir.

MEDIA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ

Televiziya kanalları, informasiya agentlikləri, idman portalları və bloqerlər turnirin İşıqlandırılması üçün rəsmi olaraq dəvət olunur.

Media nümayəndələri:

- Döyüşçülərlə eksklüziv müsahibələr,

- Turnir öncəsi və sonrası şərhlər,

- Kulis və xüsusi görüntülər əldə edə bilərlər.

Fotolar: Turqut Sultan