"Bu gün saat 08:46 radələrində Müzəffər Həsənov küçəsi 19 ünvanında “BakuBus” MMC-nin istismarında olan 14 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib".

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dən məlumat verilib. Bildirilib ki, ilkin məlumata əsasən, digər nəqliyyat vasitəsi ehtiyatsızlıq səbəbindən dayanacaqda dayanmış “BakuBus” MMC- yə məxsus avtobusa arxadan çırpılıb.

"Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan yoxdur. Sərnişinlərin səfərini davam etdirməsi məqsədilə operativ şəkildə 14 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən digər avtobusa yönləndirilib. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına dərhal məlumat verilib".

Anar Kəlbiyev