Türkiyənin İznik rayonu ilə Pamukova şəhəri arasındakı magistral yolda qanunsuz ötmə manevrinə cəhd edən motosikletçi avtomobillə toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Hadisə nəticəsində 59 yaşlı motosikletçi həyatını itirib. Qeyd edək ki, qəza ölən şəxsin dostu tərəfindən anbaan lentə alınıb.