Fövqəladə Hallar Nazirliyində yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Əmrə əsasən, daxili xidmət polkovniki Abdullayev Natiq Zeynalabdin oğlu Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinə rəis təyin olunub.

Anar Kəlbiyev