Gəncədə 35 yaşlı kişi dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, Daşkəsən rayon sakini 1991-ci il təvəllüdlü M.Ələsgərov qəsəbədə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Zəhərlənən şəxs yaxınları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq 35 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Mərhumun meyti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Fakt araşdırılır.

Tural Əhmədov