İndoneziyanın Universitas Muhammadiyah Purwokerto (UMP) ali təhsil müəssisəsi 2026-2027-ci tədris ili üzrə bakalavriat və magistratura səviyyələrində tələbələr üçün beynəlxalq təqaüd proqramı elan edir.

Bu barədə "Unikal"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təqaüd proqramına müraciət yanvarın 31-dək davam edəcək.

Proqramın şərtləri, tələb olunan sənədlər və müraciət qaydaları ilə bağlı ətraflı məlumat aşağıdakı keçidlərdə təqdim olunur:

https://international.ump.ac.id/knb-scholarship/

https://knb.kemdiktisaintek.go.id/