Şəmkirdə yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. Hərəktədə olan "Opel "ilə "Mercedes " markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarında dayanan piyada 1958-ci il təvəllüdlü N.Rzayevi  vurub. Dərhal piyada xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov