Gəncədə qadın bıçaq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü K.Əsgərova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 37 yaşlı qadının hansı şəraitdə özünə xəsarət yetirdiyi araşdırılır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Tural Əhmədov