Gəncədə zəncirvari qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "KİA" ilə "Mercedes" markalı minik maşınları toqquşub. Qəzadan sonra zərbənin təsirindən "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayan "VAZ 2106" ya çırpılıb. Nəticədə xəsarət alan olmayıb.
Minik avtomobillərinə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov
