Türkiyə Superliqasında çıxış edən "Eyüpspor" iki futbolçusu ilə yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Təcrübəli yarımmüdafiəçi Kərim Dəmirbayın və hücumameyilli yarımmüdafiəçi Samu Saizin müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Kerem Demirbay bu mövsüm Eyüpsporda 16 oyunda start heyətində meydana çıxıb və komandasının yarımmüdafiəsində mühüm rol oynayıb. Samu Saiz isə "Eyüpspor"da 28 oyuna çıxıb və 5 qol vurub.
