Beynəlxalq axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana təhvil verilib.

"Unikal" xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. 

"Azərbaycanın hüquq-mühafizə orqanlarından alınan məlumata görə, axtarışda olan şəxs dələduzluq etməkdə, yəni etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəməkdə şübhəli bilinirdi. Axtarışın təşəbbüskarı şübhəlinin həbs edilməsi və sonradan ekstradisiya olunması məqsədilə Azərbaycan tərəfi çıxış edib”, - deyə Amur vilayəti üzrə DİN-in məlumatda deyilir.

Azərbaycan vətəndaşı olduğu bildirilən şübhəli şəxs Svobodnı rayonunda həyata keçirilmiş əməliyyat nəticəsində saxlanılıb. 

Saxlanılan şəxs ekstradisiya qaydasında Azərbaycana gətirilərək aidiyyəti dövlət qurumlarına təhvil verilib.