Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 30-da ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin olunub.